Bakı, 31 oktyabr, AZƏRTAC
Avropa Komissiyası Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalına birtərəfli qadağaları qüvvədə saxlayan Polşa, Macarıstan və Slovakiyaya qarşı hüquqi tədbirlərin görüləcəyini istisna etmir.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə Avropa Komissiyasının nümayəndəsi Olaf Cillə istinadla məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 29-da Avropa Komissiyası Ukrayna ilə dərin və hərtərəfli Azad Ticarət Zonası haqqında yeni Əlavə sazişin qüvvəyə mindiyini elan edib. Bu sazişə Ukraynanın problemli kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın Avropa İttifaqı ölkələrinə tədarükünə dair kvotalar daxil olacaq.
Lakin Varşava, Budapeşt və Bratislava daxili bazarlarını qorumaq üçün buna qarşı tədbirlər görəcəklərini açıqladılar.