
“Instagram” istifadəçilərə alqoritmi öz maraqlarına uyğunlaşdırmağa imkan verəcək yeni funksiya üzərində işləyir.
Missiya.Az xəbər verir ki, platformanın rəhbəri Adam Mosseri bildirib ki, “Alqoritminizi tənzimləyin” adlı funksiya ilkin mərhələdə Reels bölməsində sınaqdan keçiriləcək, daha sonra Explore səhifəsinə genişləndiriləcək.
Yeni menyu vasitəsilə istifadəçilər maraq dairələrini seçə, istəmədikləri məzmun növlərini gizlədə biləcəklər. Mosserinin sözlərinə görə, bu funksiya istifadəçilərə daha fərdi və mənalı təcrübə təqdim etməyə xidmət edir.
Yeniliyin yaxın gələcəkdə Threads tətbiqinə də inteqrasiya ediləcəyi planlaşdırılır. Şirkət funksiyanın qlobal istifadəyə nə zaman təqdim olunacağı barədə hələ məlumat açıqlamayıb.
Seyranə QuliyevaMissiya.Az