AZ

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası keçirilir

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. SİA xəbər verir ki, iclas spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilir. İclasın gündəliyinə ümumilikdə 11 məsələ daxil edilib.

Gündəliyə daxil edilən məsələlər arasında 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı, “Dövlət xidmətləri haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “İpoteka haqqında” qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi, həmçinin Cinayət Məcəlləsi və digər qanunlarda dəyişikliklər barədə qanun layihələri yer alır. Eyni zamanda “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsi, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihələri və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə iclasda müzakirə olunur.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
31
2
sia.az

10Mənbələr