AZ

Sərdar Cəlaloğludan Vüqar Məmmədovla bağlı ŞOK - Mənə yox, ona...

Yazını böyüt
Yazını kiçilt

Araşdırsınlar görək Vüqar bəyə düzgün yolda olduğunu deyən məmur kimdir”

Xəbər verildiyi kimi, Azərbaycan hüquq-mühafizə orqanları oktyabrın 30-da "Hurriyyet TV"də əməliyyat keçirib. Əməliyyat zamanı "Hürriyyət" qəzeti, Hurriyyet.az saytı və "Hurriyyet TV"nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb. Qeyd edək ki, dünən yayılan məlumatda əməliyyatın Ramiz Mehdiyevlə bağlı ola biləcəyi ehtimal edilib.

Vüqar Məmmədovun dayısı, ADP sədri Sərdar Cəlaloğlu Hafta.az-a açıqlamasında sayt rəhbərinin saxlanılması və redaksiyada, elcə də evinə axtarışın aparılması faktını təsdiqləyib.

V.Məmmədovun adının R.Mehdiyevlə əlaqələndiriləməsinə gəlincə, S.Cəlaloğlu burada müəyyən qərəzli yanaşmaların gizləndiyini dedi:

“Vüqar bəyin tutulmasını Ramiz Mehdiyevlə əlaqələndirənlərin ağlı çaşıb, qərəzli məqsəd güdüldüyü açıq görünür. Bu axtarış əməliyyatı bizim üçün gölənilməz olmadı. Çünki hələ  6-7 ay qabaq Prezident Aparatından və başqa qurumlardan mənə zəng edib demişdilər ki, Vüqar verilişlərində ritorikasını dəyişsə yaxşı olar. Çünki belə hesab edilirdi ki, Vüqar bəyin bəzi çıxışları cəmiyyətdə düzgün anlaşılmaya və gərginlik yarada bilər. Hətta öz anası da Vüqardan xahiş edib ki, verilişlərində acı danışmasın”.

S.Cəlaloğlu V.Məmmədovun həbsinin R.Mehdiyevlə bağlı olması ehtimalının “Yeni Müsavat” tərəfindən ortaya atıldığını vurğuladı:

“Çünki Vüqar bəy deputat Elçin Mirzəbəylinin mənim haqqımda yersiz çıxışlarına yer verən “Yeni Müsavat” qəzetinə hücum elədi və dedi ki, suları bulandırırsız. İndi də onlar fürsətdən istifadə edib öz manşetlərində yazıblar ki, “Ramiz Mehdiyevin tərəfdarları tutulub”. Əgər Ramiz Mehdiyevin dövlət çevrilişi siyasəti Vüqar kimi adamların əli ilə olacaqsa, deməli Ramiz Mehdiyev aydan arı, sudan durudur və heç bir günahı yoxdur”.

S.Cəlaloğlu bir neçə gün əvvəl özünün Hurriyyet.Tv-də verdiyi müsahibədə R.Mehdiyevi Azərbaycanın tarixi şəxsiyyətləri haqqında yazdığı məqaləyə görə dəstəklədiyini və bunun da V.Məmmədovun həbsi ilə əlaqəsinin ola bilməsini istisna etdi.

“Mən orada dedim ki, Ramiz Mehdiyevin Şah İsmayıl Xətai haqqında yazdığı məqaləsində rəy yazmışam və bildirmişəm ki, onun fikirlərini dəstəkləyirəm. Ondan qabaq isə Ramiz Mehdiyev haqqında 500 səhifəlik kitab yazmışam. Orada Ramiz Mehdiyevin rəhbərliyi altında Azərbaycan dövlətinin, xalqının başına hansı oyunlar açıldığını yazmışam. Eləcə də bugünkü siyasi, iqtisadi, mədəni, mənəvi-psixoloji situasiyanın necə yaradıldığını göstərmişəm. Ramiz Mehdiyevin vaxtında iki dəfə qeyri-qanuni həbs edlmişəm, işgəncələrə məruz qalmışam. Vüqar özü 4 il müddətinə həbs olunub. Xeyir ola, indi biz olduq Ramizin adamı?!” - S.Cəlaloğlu deyib.

ADP sədri bildirib ki, ofisdə aparılan axtarışla bağlı qərara baxıblar. Orada V.Məmmədova qarşı hər hansı ciddi ittiham irəli sürülməyib. Sadəcə olaraq yazılıb ki, MTN Vüqar Məmmədovun evində axtarış aparılması üçün xahiş edib və Səbayel rayon məhkəməsi də axtarışa icazə verib:

“Aparıcı Mahir Rüstəmli də istintaq bölməsinə aparılıb. Onun dilindən ifadə alınıb və  buraxılıb. Başqa redaksiyada heç bir əməkdaşa heç bir söz deyilməyib. Evində aparılan axtarış da çox mədəni şəkildə aparılıb, ailə üzvləri ilə olduqca etik səviyədə danışıblar. Evdən qeyri-qanuni heç nə tapılmayıb, heç bir əşya müsadirə edilməyib. Zatən biz Vüqarın fəaliyyətində qeyri-qanuni heç bir şey olmadığını bilirik. Onun günahı sadəcə bir aparıcı kimi vətəndaşların problemlərinə laqeyd qala bilməməsi və bir çox hallarda sərt, kobud ifadələr işlətməsidir”.

S.Cəlaloğlu qeyd edib ki, Vüqar bəyin həbsini R.Mehdiyevlə əlaqələndirənlərin xəbəri yoxdur ki, bu barədə onlara 6-7 ay qabaq məlumat vermişdi:

“Bunlar elə bilirlər ki, MTN qəfl gəlib redaksiyada axtarış aparıb. Halbuki MTN özü də Vüqar bəyə  xəbərdarlıq edərək verlişdə “gərginlik yaradan sözlər, fikirlər işlədilməsin” demişdi. Amma vətəndaşların o qədər ağır problemləri var ki, Vüqar bəy buna sakit yanaşa bilmir. Təsəvvür edin ki, redaksiyaya ən çox qazilər, qaçqınlar, haqqı pozulmuş insanlar gəlir.

Ona dedim ki, adamların problemləri qurtaran deyil, sən bu problemlər barədə ümumi danış, ayrı-ayrı vətəndaşların məsələsi prosesi şəxsi qərəzliyə aparır”.

S.Cəlaloğlu bildirib ki, o bu barədə V.Məmmədova desə də, başqa bir situasiya ilə qarşılaşıb. Onun sözlərinə görə, Prezident Admnistrasiyasından kimsə V.Məmmədovun çıxışlarını bəyəndiklərini və bunun dövlət, xalq üçün xeyirli olduğunu deyərək davam etməsini tövsiyə edib. Ona görə də V.Məmmədov S.Cəlaloğlunun vediyi mesajı ciddi qarşılamayıb:

“Mən buna təəccüb etdim: necə ola bilər ki, bir tərəfdən mənə deyirlər ki, Vüqar bəy o çıxışları etməsin, o biri tərəfdən də özünə deyirlər ki, hər şey yaxşıdır. Belə çıxır ki, arada ikitərəfli oyun aparılıb. “Pis” deyənlər də, “yaxşıdır”  deyənlər də adını çəkdiyim orqanların əməkdaşları olublar. İndi də mənə deyirlər ki, o adamın ixtiyarı yox imiş mətbuatla bağlı nəsə desin. Mən də bildirirəm ki, bu sizin öz probleminizdir. Çünki mən Vüqara deyəndə ki, bu cür olmaz, o da dərhal götürüb o adama zəng edir və o da “hər şey qaydasındadı, rəhbərlik ancaq mənim verdiyim təqdimat üzrə qərar qəbul edir. Mən sizin haqqınzda müsbət rəy verirəm” deyir. Vüqarın aparıcı kimi acı danışması onun təcrübəsizliyi ilə bağlıdır. Vüqar bilməlidir ki, efirə ağıllı da baxır, dəli də, savadlı da, savadsız da. Ona görə də problemə orta səviyyədə yanaşmalıdır, amma bunu bacarmır. Çünki özünün də xarakterində başqasının dərdinə şərik olmaq, ona kömək göstərmək kimi xüsusiyyətlər var”.

S.Cəlaloğlu qeyd edib ki, təbii olaraq bu məsələ ilə bağlı dostlar narahat olacaq, bəziləri isə məsələni qızışdırıb R.Mehdiyevlə əlaqələndirəcək, vəziyyəti ağırlaşdırmağa çalışacaq:

“Adama deyərlər, Ramiz Mehdiyevin əleyhinə bizdən çox iş aparan olub Azərbaycanda. Ramiz Mehdiyev Prezdident Admnistariyasının rəhbəri olanda da biz ona qarşı iş aparırıdıq.  Seçkilərdə çıxdım televiziyda dedim ki, sən məni hakimiyytə dəvət elədin, mən imtina elədim deyə, sən gətirib bir dəlləyə daha çox səs yığdırdın ki, məni təhqir eliyəsən. Ramiz Mehdiyevin adamı olsaydım mən də 4 dəfə deputat olardım. Bir tərəfdən deyirlər ki, bütün deptataların siyahısını Ramiz Mehdiyev müəyyən edir, o biri tərəfdən deyirlər ki, bunlar Ramiz Mehdiyevin adamıdır.

Vüqar mənə demişdi ki, bu məsləyə baxan müasir media qurumları ardıcıl onunla əlaqə saxlayırlar və fəaliyətimdən çox razıdırlar. İndi araşdırsınlar görək o məmur kimidi ki, bunun çıxışlarından razı olub və dəstəkləyib. Həbs olunacağını özü də bilirdi. Ona görə televiziyada çıxb dedi ki, ona həbsiylə bağlı xəbərdarlıqlar gəlir...

İndi araşdırsınlar görək Vüqar bəyin düzgün yolda olduğunu və heç bir narazılığın olmadığını deyən kimdir. Vüqar bəy mənə yox, onlara inandı”.

Seçilən
6
1
hafta.az

2Mənbələr