AZ

Azərbaycanda 5 bankın 9 aylıq əməliyyat gəlirləri 225 milyon manatdan çoxdur

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin əməliyyat gəlirləri 225 milyon manatdan çox olub.

Bunlar, “Kapital Bank” (1 milyard 338,3 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (1 milyard 132,1 milyon manat), “PAŞA Bank” (597,3 milyon manat), “Unibank” (277,25 milyon manat) və və “Bank Respublika”dır (247,95 milyon manat).

Qalan 17 bankdan 2-də əməliyyat gəlirləri 200-225 milyon manat arasında, 4 bankda 100-200 milyon manat arasında, 10 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan hamısının əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (41,8%), ən aşağı dinamika isə “AFB Bank”da (2,5%) qeydə alınıb.

İş elanları AzVak.az-da

© Yurd.Media 

Seçilən
14
1
marja.az

2Mənbələr