"Financial Times" nəşri yazır ki, Budapeştdə planlaşdırılan Tramp–Putin sammiti ABŞ tərəfindən Moskvanın sərt tələbləri səbəbindən ləğv edilib. Nəşrin yazdığına görə, Rusiya Vaşinqtona Ukraynadakı müharibənin dayandırılması üçün memorandum göndərib. Sənəddə Ukraynanın ərazi güzəştləri, ordusunun ixtisarı və NATO-ya üzvlükdən imtina zəmanəti kimi şərtlər irəli sürülüb.
Müzakirələr zamanı Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında gərgin telefon danışığı baş verib. Tramp isə Kremlin mövqeyindən narazı qalaraq görüşü “mənasız” adlandırıb və danışıqlara ehtiyac görməyib.
Mətləb