Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu ilin yanvar-sentyabr aylarında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruq və mədəniyyət müəssisələrini 706 494 turist ziyarət edib.
“APA-Economics” xəbər verir ki, bunu Palçıq Vulkanları Turizm Kompleksinə mediaur çərçivəsində jurnalistlərə açıqlamasında Qoruqları İdarəetmə Mərkəzinin idarə heyətinin sədri Murad Ağabəyli deyib.O qeyd edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,71% çoxdur:“9 ayda qoruq və mədəniyyət müəssisələrinə gələn yerli turistlərin sayı 159 171 nəfər, xarici turistlərin isə sayı 547 323 nəfər nəfər təşkil edib”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.