Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Xaçmaz rayonunun Çaykənarı kəndində qətl hadisəsi baş verib.
APA-nın şimal bürosu xəbər verir ki, kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Həqiqət Tərlan qızı oğlu tərəfindən bıçaqlanıb.
Müxtəlif xəsarətlər alan qadın Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qətli törədən yeniyetmə saxlanılıb.
Hazırda fakt araşdırılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.