AZ

"World Athletics"də mənimsəmə faktı aşkar edildi

BAKI, 31 oktyabr. TELEQRAF

Beynəlxalq Atletika Birliyinin ("World Athletics") illik auditi zamanı 1,5 milyon avro məbləğində mənimsəmə faktı aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

"World Athletics"in prezidenti Sebastiyan Kou məsələni gizlətmək niyyətində olmadıqlarını bildirib: "Biz yaxşı idarəetmə, şəffaflıq və ədaləti qorumaq baxımından güclü nüfuz qazanmışıq. Mənimsəmə bir neçə il ərzində üç işçi tərəfindən törədilib. Onlardan biri hadisənin üstü açılmamışdan əvvəl təşkilatı tərk edib. Digər ikisi isə işdən qovulub".

"World Athletics" məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Seçilən
18
1
teleqraf.com

2Mənbələr