Halbuki, məktəbdə rəy sorğusu keçirib, 10 ildən artıq stajı olanlardan birini director təyin etmək olar. Ya da direktorluğa namizədlərlə bağlı kadr bankı formalaşdırmaq, ehtiyac olduqda oradan seçmək olar".
Komitə sədri xaricdə təhsil alan tələbələrin iş problemini də dilə gətirib: "100 milyonlarla vəsait xərclənib, xaricdə tələbə oxutdururuq. Amma onların ölkəyə qayıdanda işlə təmin edilməsi problemə çevrilib. Özləri təşəbbüs göstərməsə, valideynləri köməklik etməsə iş tapa bilmirlər. Bu problemləri həll etmək lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31