Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Özünü bloger kimi təqdim edən, əslində isə Azərbaycan dövlətinə qarşı satqınlıq və xəyanət yolunu seçən Tural Sadıqlı, Qabil Məmmədov, Məhəmməd Mirzəli və onun kimi digərləri mütləq Azərbaycana gətiriləcək”.Bunu Demokrat.az-a millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, onların hər biri haqqında cinayət işi açılıb və lazımi istintaq tədbirləri həyata keçirilir:“Yaşadıqları ölkənin hüquq-mühafizə orqanları ilə aparılan iş sayəsində onların ölkəmizə gətirilməsi labüd prosesdir, buna heç kimin şübhəsi olmasın. Azərbaycan qanunları çərçivəsində onlar layiqli cəzalarını alacaqlar. Heç kim buna şübhə etməsin, bu bir həqiqətdir və həmin həqiqəti hər kəs görəcək”.Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.