AZ

“Dövlət xidmətləri haqqında” yeni qanun üçüncü oxunuşda qəbul edilib

Bakı. Trend:

Azərbaycanda "Dövlət xidmətləri haqqında" yeni qanun qəbuledilib.

Trend-inməlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında yeni"Dövlət xidmətləri haqqında" qanun layihəsi müzakirə olunub.

Bildirilib ki, qanun layihəsi dövlət xidmətləri sahəsindəfaəliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir,həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləritənzimləyir.

Layihədə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə,vahid xidmət mərkəzinə, dövlət xidmətinin dizaynı ilə bağlıqanunvericiliyə anlayışlar gətirilib. Bununla yanaşı, layihədəxidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri dəkonkret olaraq müəyyən edilib.

Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərininazaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisnaolmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyatakeçirilməsi üçün qanun layihəsinə növbəlilik prinsipigətirilib.

Layihənin qəbul olunması ilə dövlət xidmətininformalaşdırılmasına dair tələblər müəyyən olunacaq. Layihəyə əsasəndövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxiledildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək.

Təklif olunan layihədə dövlət xidmətinin göstərilməsi nəticəsielektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt,hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativelektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyiqeyd edilib.

Layihədə dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmimüəyyən edilir. “ASAN xidmət indeks” qiymətləndirilməsi mexanizmidaha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonradövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesabediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Seçilən
88
23
az.trend.az

4Mənbələr