AZ

Rusiya Kiyevin xarici və yerli medianın mühasirədə qalmış ukraynalı hərbçilərə çıxışına qoyulan qadağaya münasibət bildirib

Ukrayna Xarici İşlər Nazirliyinin xarici və yerli medianın mühasirədə qalmış ukraynalı hərbçilərə çıxışına qoyulan qadağa Krasnoarmeysk, Dimitrov və Kupyanskdakı Ukrayna hərbçiləri üçün fəlakətin etirafıdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Kiyevin Rusiya dəhlizləri vasitəsilə medianın mühasirədə olan yerlərə girişinə qoyulan qadağa Ukraynanın beynəlxalq ictimaiyyəti və Ukrayna xalqını aldatması üçün zəruridir.

Vurğulanıb ki, rəsmi Kiyevin yüksək vəzifəli şəxsləri bu hərəkətlərdən Qərbin Rusiya ilə müharibəyə yönəltdiyi vəsaitlərin oğurlanmasına şərait yaratmaq məqsədilə istifadə edirlər.

Qeyd edək ki, oktyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı qüvvələrinə xarici jurnalistlərin Krasnoarmeysk, Dimitrov və Kupyanskda Ukrayna ordusunun mühasirədə olduğu ərazilərə maneəsiz girişini təmin etməyi əmr edib.

Seçilən
20
1
apa.az

2Mənbələr