AZ

Azərbaycan və Gürcüstanın XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNESCO Ümumi Konfransı çərçivəsində Gürcüstanlı həmkarı Maka Boçorişvili ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi "X" səhifəsində məlumat paylaşılıb.

"Nazirlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və humanitar istiqamətlərini müzakirə ediblər və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar", - deyə məlumatda qeyd olunur.

Görüşdə ikitərəfli əlaqələrin yüksək səviyyəsindən razılıq ifadə edilib, ölkə liderləri səviyyəsində olan aktiv siyasi dialoqun tərəfdaşlıq üçün möhkəm təməl formalaşdırdığını vurğulanıb.

Müzakirələrdə eyni zamanda bölgədə davamlı sülh və sabitlik istiqamətində atılan birgə addımların vacibliyi qeyd olunub.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
Seçilən
1
2
day.az

3Mənbələr