AZ

The Economist: Ukraynanın 2026 cı ilin fevralına qədər maliyyə vəsaiti tükənə bilər

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kiyevin avropalı tərəfdaşları onu maliyyələşdirməyin yolunu tapa bilməsələr, Ukraynanın vəsaiti 2026-cı ilin fevralına qədər tükənəcək.

Bakıvaxtı.az "The Economist"ə istinadən xəbər verir ki, Ukrayna ciddi maliyyə çatışmazlığı ilə üzləşib. 

Nəşr yazır ki, 2025-ci ilin sonuna qədər Ukraynanın münaqişə başlayandan bəri hərbi xərcləri, o cümlədən müdafiə büdcəsi və Qərbin yardımı 360 milyard dollara çatacaq. 2025-ci ildə hərbi xərclər üçün rekord 100-110 milyard dollar nəzərdə tutulub ki, bu da ölkənin ÜDM-nin yarısını təşkil edəcək. Ukrayna ABŞ-dən maliyyə dəstəyini və daxili borc almaq imkanlarını itirir. 

İddiaya görə, Avropa Kiyevin son maliyyə mənbəyinə çevrilir. ABŞ-nin əlavə maliyyə ayırmaqda tərəddüd etməsi fonunda digər NATO ölkələri maliyyə yükünün əsas hissəsini öz üzərinə götürəcək. Onlar Ukraynaya xərclərini ÜDM-in 0,2%-dən 0,4%-ə qədər artırmalı olacaqlar.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
bakivaxti.az

2Mənbələr