ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakıda qaydalara əməl etməyən sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 11-də, paytaxtın Ceyhun Səlimov küçəsində qeydə alınıb. Belə ki, 99-RK-680 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü düzünə hərəkət təşkil edilmiş yolda sola dönüb. Ərazidə kamera olmadığı üçün, bundan sui-istifadə edərək qaydaları pozub.
Qeyd edək ki, sürücü bu istiqamətə getmək üçün təxminən 300–400 metr irəlidən geriyə dönərək qayıtmalı idi.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.