AZ

Murad Ağabəyli: Bu ilin 9 ayında “Yanardağ” Qoruğunda ümumilikdə 226 mindən çox turist qonaq olub

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 31 oktyabr, AZƏRTAC

Bu ilin 9 ayında “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ümumilikdə 226 min 434 nəfər ziyarət edib. Onlardan 204 min 78-i (90,13 faiz) xarici, 22 min 356-sı (9,87 faiz) isə yerli turist olub.

Bunu AZƏRTAC-a açıqlamasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

Onun sözlərinə görə, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu eyni dövrdə 198 min 167 nəfər turist qəbul edib. Ziyarətçilərin 181 min 238-i (91,46 faiz) xarici, 16 min 929-u (8,54 faiz) isə yerli turistdir.

Murad Ağabəyli qeyd edib ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunu isə 140 min 691 nəfər ziyarət edib. Onların 69 min 675-i (49,53 faiz) xarici, 71 min 16-sı (50,47 faiz) isə yerli turist olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azertag.az

3Mənbələr