AZ

Rusiya kəşfiyyatına bağlıdırlar, növbə onlara çatıb - Siyasi şərhçi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının gecə saatlarında Eçmiədzində hərbi hissəyə basqın edərək yüksək rütbəli hərbçiləri həbs etməsinin arxasında çevriliş planlarının qarşısını almaq dayana bilər.

XəzərNews.azxəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Elxan Şahinoğlu çıxış edib.

E.Şahinoğlu bildirib ki, radikal qüvvələr gələn ilin iyununda keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyan üzərində qələbə qazanacaqlarına ümidli deyillər:

"Kreml də bunu anlayır və Paşinyanı seçki yoluyla hakimiyyətdən uzaqlaşdıra biləcək siyasətçi tapa bilmir, tapdıqlarını da baş nazir müxtəlif üsullarla nüfuzdan salır. Paşinyan radikalların bir qismini həbsdə saxlayır, digələrinə qarşı məhkəmə çəkişmələrinə üstünlük verib, kilsəni isə parçalamaq yolunda iri addımlarla irəliləyir. Ancaq bunlardan daha təhlükəlisi ordu içərisində ona qarşı qiyam planlaşdıran zabitlərdir ki, onlar Rusiya kəşfiyyatına bağlıdırlar. Görünür, növbə onlara çatıb".

Siyasi şərhçi əlavə edib ki, Paşinyan ona qarşı təxribat və ya sui-qəsd hazırlayanların planlarını parlament seçkilərini erkən tarixə təyin etməklə poza bilər:

"Bu Azərbaycanla sülh sazişinin imzalanmasını da sürətləndirərdi".

Xəbər 4 dəfə oxunub.
Seçilən
36
xezernews.az

1Mənbələr