AZ

Erməni spikerdən Qarabağla bağlı suala təpki: Ciddi olun

BAKI, 31 oktyabr. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan yerli revanşist müxalifətin ermənilərin Qarabağa qayıdışı ilə bağlı açdığı müzakirələrdən danışıb.

Teleqraf xəbər verir ki, spiker jurnalistlərə açıqlamasında Ermənistan müxalifətini qeyri-ciddilikdə ittiham edib.

“İndi kimsə söyləyə bilərmi ki, o, ermənilərin Qarabağın hansısa bir yaşayış məntəqəsinə qayıtmasını təmin edə bilər? Belə bir insan varmı, böyük danışan, tost sözləri söyləyən yox, belə biri?”, - o qeyd edib.

Alen Simonyan əlavə edib ki, müəyyən bir müddətdən, münasibətlər normallaşdıqdan sonra istəyənlər gedib orada yaşaya bilərlər, amma imkan olsa: “Biz zarafat etmirik, ciddi olun. Yəni indi Qarabağ sakinləri var, insanlar var, getmək istəyirlər, amma Ermənistan hakimiyyəti deyir ki, yox, getməyin?”.

Qeyd edək ki, söhbət 2023-cü ildə Azərbaycanın Qarabağ İqtisadi Rayonunu könüllü tərk edən erməniəsilli insanlardan gedir.

Seçilən
30
teleqraf.com

1Mənbələr