AZ

Naxçıvanda dövlət qurumu elektrikli nəqliyyat vasitələri alır - TENDER

“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edib.

FED.az xəbər verir ki, müsabiqə elektrikli yük avtomobili, elektrikli moped və elektrikli skuterlərin satın alınmasını əhatə edir. Tender çərçivəsində 7 ədəd elektrikli yük avtomobili, 40 ədəd elektrikli moped və 30 ədəd elektrikli skuter satın alınacaq. 

Müsabiqədə iştirak haqqı 450 AZN-dir.

Satınalan təşkilatın VÖEN-i: 0200708681

Satınalan təşkilatın ünvanı: Naxçıvan şəhəri, Atatürk 1

Ehtimal olunan qiymət: 552 467 AZN

Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 30.10.2025 18:11

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 25.11.2025 19:00

Zərflərin açılış tarixi və vaxtı: 25.11.2025 19:00

Təchizatçılarla vasitəçi olmadan əlaqəni təmin edən və məlumat mübadiləsini aparan vəzifəli şəxs: İsa Rəhimov, Şöbə müdiri

Email: [email protected]

Əlaqə telefonu: +994 60 371 54 44

Seçilən
27
fed.az

1Mənbələr