AZ

Surtseyin “pionerlər”i müəyyənləşib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 31 oktyabr, AZƏRTAC

İslandiyanın Surtsey adasında aparılan yeni araşdırma göstərib ki, həmin ərazidəki bitkilər quşların oraya daşıdıqları toxumlardan əmələ gəlib.

AZƏRTAC scitechdaily.com portalına istinadla xəbər verir ki, tədqiqatçılar müəyyən ediblər ki, qağayılar, qazlar və digər quşlar 1963-cü ildə vulkanik partlayış nəticəsində yaranan Surtseyin “pionerlər”i olublar.

Mütəxəssislərin fikrincə ki, iqlim dəyişikliyi fonunda quşların miqrasiya yollarının dəyişməsi bitkilərin də yeni mühitlərə uyğunlaşmasına təsir edə bilər. Həmçinin bildirilir ki, Surtsey adasında aparılan uzunmüddətli müşahidələr isə ekosistemlərin necə formalaşdığını və dəyişdiyini öyrənmək üçün mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, tədqiqat barədə “Ecology Letters” jurnalında məlumat verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
azertag.az

1Mənbələr