AZ

Ceyhun Bayramov və Siyarto Azərbaycan-Macarıstan strateji tərəfdaşlığını müzakirə edib

Ceyhun Bayramov Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.

Görüş Səmərqənddə UNESCO-nun Baş Konfransı çərçivəsində baş tutub.

Nazirlər siyasi dialoq, iqtisadi və humanitar tərəfdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Macarıstan ikitərəfli əməkdaşlığının cari gündəliyi barədə fikir mübadiləsi aparıblar.

Seçilən
4
7
aznews.az

8Mənbələr