2025-ci ilin oktyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə cəlb olunmuş əmanətlərin həcmi 96,446 milyon manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu göstərici bir ay əvvəlki vəziyyətlə müqayisədə 1,4 milyon manat və ya 1,4% azalıb, illik müqayisədə isə 11,9 milyon manat və ya 14,1% artıb. Orta faiz dərəcəsi 5,66% təşkil edib.
Eyni tarixə Şərqi Zəngəzur iqtisadi rayonunda cəlb olunmuş əmanətlərin həcmi 835 min manat olub, bu isə aylıq müqayisədə 17 min manat və ya 2,1% artım, orta faiz dərəcəsi isə 4,73% təşkil edib.
Ümumilikdə, 2025-ci ilin oktyabrın 1-nə Azərbaycanın bütün regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 15,795 milyard manat olub. Bu, əvvəlki ayla müqayisədə 334,3 milyon manat və ya 2,2%, illik müqayisədə isə 1,6 milyard manat və ya 11,5% artım deməkdir.
Fuad Mədətov
Finss.az
 
                        