AZ

Burundili jurnalist: Ölkəmdə həm inzibati qurumlarda, həm də məktəblərdə adlarla bağlı diskriminasiya mövcuddur

Bakı, 31 oktyabr, AZƏRTAC

Burundidə həm inzibati qurumlarda, həm də məktəblərdə adlarla bağlı diskriminasiya mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu sözləri burundili jurnalist, Reparasiyalar üzrə Parlament Komissiyasının üzvü Aline Dusabe Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransın “Tanınma və məsuliyyət: simvolik jestlər və təminatlar” mövzusunda keçirilən panel müzakirəsində söyləyib.

O bildirib ki, Burundidə Abdallah, Abbas, Hamid və ya Mohammed adlarıyla məktəbə qəbul olmaq çətin idi. Təəssüf ki, burundilər bunu normal hesab edirdilər.

"Ərəblər Burundiyə 1885-ci ildə gəlib. Mən 1977-ci ildə doğulmuşam, amma hələ də müsəlman olduğum üçün ayrı-seçkiliyin təsirini hiss edirəm. İndi Burundidə hakimiyyət "Rutu"lardadır, "Tutsi"lər “müstəmləkə uşaqları” kimi çağırılır, müsəlman "Swahili"lər isə hələ də mənfi etiketlərlə üzləşir. Bu vəziyyət sosial dəyişiklik, ədalət, bağışlanma və barışığın zəruriliyini göstərir",- deyə burundili jurnalist vurğulayıb.

 

Seçilən
25
2
azertag.az

3Mənbələr