AZ

Qazaxıstanda antiterror təlimlər keçiriləcək

Bu gün Qazaxıstanın Semey və Aktobe şəhərlərində antiterror təlimlər keçiriləcək.

AZƏRTAC Qazaxıstanın Antiterror Mərkəzinə istinadən xəbər verir ki, təlimlərdə özəl sektorda və terrorla bağlı həssas obyektlərdə müxtəlif ssenarilərə uyğun sürətli reaksiyavermə məsələləri məşq ediləcək.

Bu məqsədlə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması da daxil olmaqla, müəyyən tədbirlər nəzərdə tutulub.

Seçilən
39
10
yeniazerbaycan.com

10Mənbələr