AZ

Vlada Axundova ilə bağlı yeni məlumat - Əsl peşəsi...

Ötən gün avtomobil qəzası nəticəsində dünyasını dəyişən tanınmış müğənni Vlada Axundovanın ölümü ilə bağlı təfərrüat məlum olub. "Bakuinfo" xəbər verir ki, Vlada Axundova sərnişin kimi mindiyi “Toyota” markalı, 01 CH 477 dövlət nömrə nişanlı avtomobildən enərkən arxadan gələn 2002-ci təvəllüdlü Seyfulla Mehdizadənin idarə etdiyi “Hunday Elantra” markalı 77 SJ 148 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onu vurub. Əldə etdiyimiz məlumata görə, 1988-ci il təvəllüdlü Vlada Axundova Moskvada Dövlət İdarəçilik Universitetinin hüquqşünaslıq fakültəsində təhsil alıb. Atası gənc yaşlarında vəfat edib. Anasının isə 84 yaşı var. Mərhum müğənni subay idi. Vlada Axundovanın ifa etdiyi mahnılar müxtəlif platformalarda geniş yayılıb. Xüsusilə onun ifasındakı “Azərbaycan” mahnısı həddən artıq sevilirdi. (Axar.az)

Seçilən
27
2
bakuinfo.net

3Mənbələr