Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin bugünkü plenar iclasında çıxışı zamanı oktyabrın 29-da Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr edilən beynəlxalq parlament konfransı barədə danışıb.
Redaktor.az-ın məlumatına görə, spiker bildirdib ki, tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, o cümlədən 8 ölkənin parlament sədrləri və sədr müavinləri, eləcə də 7 beynəlxalq təşkilatın təmsilçiləri, ümumən isə 100-dən çox adam iştirak edib.
"Konfransda “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda çıxışlar edildi.
Qeyd edim ki, bu konfrans “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə keçirilən 13-cü tədbir idi", - deyə Sahibə Qafarova bildirib.
Aminə ŞAHSUVARQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.