AZ

Fon der Lyayen Kaya Kallası üstələyib

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Almaniyanın “Die Welt” qəzetinin məlumatına görə, siyasətçilər arasında münaqişə Kaya Kallas AK sədrinin keçmiş aparat rəhbəri Martin Zelmayrı Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) rəhbərinin müavini təyin olunması təklifindən sonra yaranıb. AK sədrinin kəskin tənqidçisi kimi tanınan Zelmayr barədə bu təşəbbüsü Usrula fon der Lyayen təxribat kimi qiymətləndirib. “Heç bir Aİ ölkəsi bu mübahisədə Kallasa dəstək vermədi. Fon der Lyayenin rəhbərliyi ilə Dini Etiqad və Etiqad Azadlığı üzrə Müvəkkil vəzifəsi yaradıldı. Onu Avropa diplomatiyasının rəhbərinin təsirindən çıxarmaq üçün dərhal Zelmayr bu vəzifəyə namizəd göstərildi”, - qəzetin mənbələri bildiriblər. Kaya Kallasın məğlubiyyəti EEAS-ın ağır maliyyə vəziyyətini vurğulamaqla yanaşı, Ursula fon der Lyayenin Aİ daxilindəki mövqeyini möhkəmləndirib. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azvision.az

2Mənbələr