Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindənaparılan nəzarət tədbirləri zamanı “Orxan 011” MMC-nin Türkiyədənidxal etdiyi “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler”müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetikiçki məhsulu partiyalarında dərman vasitələrinin tərkibindəistifadə olunan Sildenafil maddəsi aşkarlanıb.
AQTA-dan Trend-ə verilən məlumata görə, faktla bağlıqanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsulpartiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasıvə ya məhv edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Sildenafil maddəsi bəzi orqan və sistemxəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarətiolmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərəkciddi fəsadlar törədə bilər. Sildenafilin qəbulu başağrıları,qızdırma və ürəkbulanmaya səbəb ola bilir. Bununla yanaşı, görməninqəfil itirilməsi və ya bulanıq görmə, nəfəs darlığı, sinədə ağrıkimi simptomlarla müşayiət edilə bilər. İnsult və ya infarktkeçirmiş, ciddi ürək və ya qaraciyər problemi olan şəxslər üçünxüsusilə təhlükəli hesab edilir.
“Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə təsdiqedilmiş “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edənxəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrininsiyahısı”na daxil edilib. “Qida təhlükəsizliyi haqqında” Qanunaəsasən, dərman vasitələri qida məhsulları anlayışına aidedilmədiyindən, qida məhsulunun tərkibində istifadəsinə yolverilmir. Dərman vasitələri yalnız həkim nəzarəti altında qəbuledilməlidir”, - deyə məlumatda vurğulanıb.
 
                        