AZ

17 yaşlı kriketçi top zərbəsindən sonra vəfat etdi

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avstraliyada gənc idmançı, 17 yaşlı kriket oyunçusu Ben Ostin məşq zamanı aldığı ağır zədədən sonra dünyasını dəyişib. AzPost The Guardian nəşrinə istinadla xəbər verir ki, faciə Melburn şəhəri yaxınlığındakı Ferntree Gully klubunun məşq meydançasında baş verib.

Məlumata görə, gənc oyunçu məşq zamanı topu geri qaytarmaq istərkən, top onun boyun nahiyəsinə dəyib. Hadisədən dərhal sonra Ostin ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və süni nəfəs aparatına qoşulub. Lakin həkimlərin səylərinə baxmayaraq, o, ertəsi gün həyatını itirib.

Ferntree Gully kriket klubunun rəhbərliyi baş verən hadisəni “dərin faciə” adlandırıb. Klub prezidenti Arni Volters bildirib ki, Ben Ostin istedadlı, çalışqan və həmyaşıdları arasında sevilən bir oyunçu olub:“Bu itkini təsvir etmək çətindir. O, çox ümidverici gənc idi. İdman cəmiyyətimiz üçün böyük bir boşluq yarandı.”

Klubun məlumatına görə, hadisə baş verən anda oyunçu qoruyucu dəbilqə geyinmiş olsa da, boyun hissəsini örtən xüsusi qoruyucu yaxalıqdan istifadə etməyib.

Qeyd edək ki, oxşar hadisə 2014-cü ildə də baş vermişdi – o zaman Avstraliya yığmasının 25 yaşlı oyunçusu Fil Hyuz topun başına dəyməsi nəticəsində vəfat etmişdi.

Ben Ostinin ailəsinə və yaxınlarına başsağlığı verilib, ölkə idman ictimaiyyəti onun xatirəsini ehtiramla yad edir.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azpost.info

2Mənbələr