ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Abşeron rayonu, Məhəmmədi və Digah qəsəbələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, 77-LV-106 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib.
Kadrlardan görünür ki, o, yolboyu təhlükəli manevrlər edərək “şou” göstərib və bu zaman özü ilə yanaşı, avtomobildəki sərnişini də təhlükəyə atıb. Digər bir görüntüdə sürücü əks istiqamətli yola çıxaraq yüksək sürətlə hərəkət edib və qarşıdan gələn nəqliyyat vasitəsinə qəza riski yaradıb.
Bundan əlavə, məlum olub ki, yetkinlik yaşına çatmayan sürücü atasına məxsus avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.