Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 238 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir.
2024-cü ilin müvafiq dövründə qızıl ixracının ümumi dəyəri 115,3 mln. dollar təşkil edib. Beləliklə, 2025-ci ildə qızıl ixracı 2,1 dəfə artıb.