Serbiya milli komandasının yeni baş məşqçisi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, yığma Velko Paunoviçə tapşırılıb. O, Draqan Stoykoviçi əvəz edib.

Bu barədə Serbiya Futbol Federasiyası məlumat yayıb.

V. Paunoviç son olaraq "Real Ovyedo"nu çalışdırıb. O, buradakı işini 20 gün əvvəl itirmişdi.

Qeyd edək ki, Serbiya yığması 6 turdan sonra DÇ-2026-nın seçmə mərhələsində 10 xal toplayıb və qrupunda 3-cü yerdədir.