AZ

Messi "Barselona"da keçirəcək prezident seçkilərində iştirak edəcək

BAKI, 31 oktyabr. TELEQRAF

“Barselona”nın əfsanəsi Lionel Messi 2026-cı ildə keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə qərar verib.

Teleqraf"ABC.es" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı ulduz futbolçunun məqsədi digər bir namizədə klubun hazırkı prezidenti Joan Laportanı vəzifədən uzaqlaşdırmaqda kömək etməkdir.

Messi heç bir namizədi dəstəkləməyəcək. Beləliklə, “Barselona” tarixinin ən yaxşı bombardiri yalnız güclü və birləşmiş müxalifətə qoşulmağa hazırdır.

Ulduz futbolçunun bu mövqeyinin əsas səbəbi Joan Laportaya qarşı davam edən narazılığıdır. Messi inanıır ki, prezident 2021-ci ilin yayında ona müqaviləni uzatmağı vəd etmiş, lakin son anda bu təklifi geri götürməklə onun etimadını pozub.

Seçilən
18
teleqraf.com

1Mənbələr