AZ

“Marsa”da Nuranın şikayətini vecinə alan olmadı: Bizə maraqlı deyil

"Nura xanımın və ya başqa hansısa şəxsin sualları varsa, rəsmi olaraq elektron poçt ünvanımıza müraciət edə bilər".

Bu sözləri "Yeni Sabah"a "Marsa" MMC şirkətinin anonim qalmaq istəmiş əməkdaşları deyib.

O bildirib ki, bu cür tənqidlər şirkətin maraq dairəsində deyil: pizza mizza

"Şikayətə əsasən deyə bilərəm ki, belə postlara reaksiya vermirik. Əgər Nura xanım və ya başqa hansısa şəxsin sualları varsa, rəsmi olaraq elektron poçt ünvanımıza müraciət edə bilər. Belə olduğu halda şikayətçinin suallarını cavablandıra bilərik. Başqa formada zəng və postlara münasibət bildirmirik. Bunların heç biri bizə maraqlı deyil. Əgər onlara diqqət etsək, işimizi görə bilmərik. Kiminsə maraqlandığı məsələ varsa, buyursun, müraciət etsin".

Müğənni Nura Suri "Marsa" MMC şirkəti haqqında şikayətlərini sosial media hesabında paylaşıb. İfaçı bildirib ki, şirkət reytinq ölçmələrinin necə və hansı evlərdə aparıldığı, cihazların (PeopleMeter) hansı prinsiplərlə seçildiyi barədə ictimaiyyətə məlumat vermir. "Heç kim bilmir ki, bu cihazlar hansı evlərdə quraşdırılıb, nəticələr necə toplanır və hansı meyarlarla “populyarlıq” müəyyən olunur".

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
34
yenisabah.az

1Mənbələr