AZ

Azərkosmos-un peyk telekommunikasiya xidmətləri ixracından gəliri açıqlandı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayını təqdim edib.

Marja xəbər verir ki, İcmala əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 13,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində3,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,6 milyon ABŞ dolları ilə Lüksemburq, 717,6 min ABŞ dolları ilə İsveç, 635,8 min ABŞ dolları ilə Nigeriya, 614,3 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.

Seçilən
5
5
marja.az

4Mənbələr