AZ

Orban Trampın sanksiyalarında Macarıstan üçün istisnalara nail olmaq niyyətindədir

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ABŞ Prezidenti Donald Trampla görüşündə onu enerji sahəsində Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan bir neçə istisna etmək zərurətinə inandırmaq niyyətindədir. O, ABŞ liderinə izah etməyə çalışacaq ki, bu cür istisnalar Macarıstanın enerji təhlükəsizliyinin qorunması üçün tələb olunur.

Oxu.Az xəbər verir ki, baş nazir bunu "Kossuth" radiostansiyasına müsahibəsində bəyan edib.

Orban xatırladıb ki, Macarıstan qitənin içərisindədir, ölkənin dənizə birbaşa çıxışı yoxdur, buna görə də ölkə neft və qazın boru kəmərləri ilə çatdırılmasında maraqlıdır və amerikalılar bu çətinliklərdən xəbərdar olmalıdırlar.

"Əgər biz ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan istisnalar əldə etmək istəyiriksə, bunu bildirməliyik," - deyə Orban vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
oxu.az

1Mənbələr