İstanbulda keçirilən danışıqlardan sonra Pakistan və Əfqanıstan sülh danışıqlarını bərpa etmək və atəşkəs rejimini saxlamaq barədə razılığa gəliblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, tərəflər sülhün qorunub saxlanmasını və pozan tərəfin cəzalandırılmasını təmin edəcək monitorinq və yoxlama mexanizmini işə salmaq barədə razılığa gəliblər.
Tərəflər atəşkəsin qorunması prosedurunu yekunlaşdırmaq üçün noyabrın 6-da İstanbulda yenidən görüşməyi planlaşdırır.