AZ

Dələduz özünü məşhur aktyor kimi təqdim etdi –Qadından 350 min dollar aldı

Koreyalı qadın süni intellektdən istifadə edən fırıldaçının qurbanı olub.

AzPost bildirir ki, Cənubi Koreyada tənha bir qadın sosial mediada “Kalmar Oyunu” serialının baş rolunu oynayan aktyor “Li Çjon Çe” kimi təqdim edilən kişidən mesaj alıb. Kişi pərəstişkarları ilə ünsiyyət qurmaq istədiyini deyib. Qadın ona inanıb və altı ay söhbətləşiblər. Fırıldaqçı qadına mehriban sözlər yağdırıb, üçüncü mövsümün çəkilişlərindən xəbərləri paylaşıb və qadına aktyorun süni intellektlə yaradılmış selfilərini göndərib.

Tezliklə “Li Çjon Çe” təcili işlərlə bağlı qadından pul istəməyə başlayıb. Bir dəfə o, xaricdəki hava limanında ilişib qaldığını deyərək kömək istəyib. Qadın inanıb və ona pul köçürüb. Hər dəfə  yenidən qadın daha çox pul köçürüb. Hətta şəxsi görüş üçün “VIP bilet” üçün 7500 dollar ödəyib, amma heç vaxt buna nail ola bilməyib.

Qadın çox gec də olsa aldadıldığını başa düşüb. Həmin vaxta qədər artıq 351.000 dollar itirmişdi. Polisə müraciət etsə də faydası olmayıb. Polis deyib ki, cinayətkar xaricdə fəaliyyət göstərdiyinə görə onu tutmaq mümkün olmayacaq.

Bu hadisəni nəzərə alaraq gerçək aktyorun agentləri  pərəstişkarlarını heç bir halda saxtakarlara pul köçürməməyə çağırıblar.

AzPost.az

Seçilən
21
1
azpost.info

2Mənbələr