Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
UEFA Çempionlar Liqasında (ÇL) "Qarabağ"ın rəqibi olan "Çelsi" İngiltərədə ən çox qırmızı vərəqə alan komandadır.
Oxu.Az "Transfermarkt"a istinadən xəbər verir ki, London təmsilçisi cari mövsümdə bütün yarışlarda 14 oyunda 5 qırmızı vərəqə alıb.
Məlumata görə, sonuncu dəfə "Çelsi"nin oyunçusu Liam Delap İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Vulverhempton"la matçda (4:3) meydandan qovulub.
Müqayisə üçün qeyd edək ki, bu mövsüm "Liverpul" 2, digər səkkiz klub isə ("Bornmut", "Mançester Yunayted", "Sanderlend", "Vest Hem", "Börnli", "Vulverhempton", "Aston Villa" və "Nyukasl") 1 qırmızı vərəqə alıb.
Xatırladaq ki, noyabrın 5-də ÇL-in Liqa mərhələsinin 4-cü turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Çelsi"ni qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Üç turdan sonra "Çelsi" və "Qarabağ" hərəyə 6 xalla müvafiq olaraq 11 və 13-cü yerlərdə mövqe tuturlar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.