AZ

MAQATE: “Rusiya nüvə obyektlərini hədəfə götürür”

ain.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, bu barədə məlumat yayan “RBK-Ukrayna” telekanalının iddiasına görə, bunun ardınca MAQATE qrupları Cənubi Ukrayna və Xmelnitski Atom Elektrik Stansiyalrında (AES) xarici elektrik xətlərindən birinə çıxışını itirdiyini açıqlayıb. Bundan başqa, MAQATE-nin Rivne AES-dəki komandası stansiyanın şəbəkə operatorunun tələbi ilə dörd aqreqatdan ikisinin gücünü azaltdığını bildirib. Xmelnitski AES-nin komandası da bu gün səhər bir neçə saat oteldə qalmalı olub. - Nüvə təhlükəsizliyinə təhdidlər çox realdır və həmişə mövcuddur”, - MAQATE-nin baş direktoru Rafael Qrossi deyib. O, həmçinin nüvə qurğuları yaxınlığında maksimum hərbi təmkinli olmağa və nüvə təhlükəsizliyinə onun yeddi əsas şərtinə hörmətlə yanaşmaq çağırışını təkrarlayıb. Qeyd edək ki, nüvə təhlükəsizliyinin yeddi sütunu hərbi münaqişələrdə nüvə enerjisi ilə bağlı obyektlərin təhlükəsizliyinin təminatı üçün MAQATE tərəfindən tərtib olunmuş yeddi prinsipdir. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azvision.az

2Mənbələr