Xankəndi. Trend:
Oktyabrın 31-də Xankəndi şəhərində yerləşən QarabağUniversitetində “Məhkəmə sisteminin inkişafının konstitusiyatəminatı: müasir çağırışlar” mövzusunda konfrans keçirilib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdənəvvəl Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovvə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə vəXocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və QarabağUniversitetinin rektoru Şahin Bayramov Heydər Əliyevin büstü önünəgül dəstələri qoyublar.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirin açılışındaçıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədr İnamKərimov bildirib ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasınınsədri İnam Kərimov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”elan olunmasının dövlətçiliyin möhkəmlənməsi və hüquqi dövlətininkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeydedilib ki, aparılan məqsədyönlü islahatlar məhkəmə-hüquq sisteminininkişafına, onun müstəqilliyinin və şəffaflığının təmininə xidmətedir. Vurğulanıb ki, elektron məhkəmə sistemlərinin tətbiqi,hakimlərin seçimi mexanizmlərinin təkmilləşdirilməsi və gənclərinhüquq sahəsinə marağının artması bu sahədə mühümnailiyyətlərdəndir.
Qeyd edilib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya UluÖndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğununhüquqi bünövrəsini formalaşdırıb. Hazırda ölkəmizdə Konstitusiyanınideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyatakeçirilir. Çıxışda həmçinin məhkəmə sisteminin müasir tələblərəuyğun qurulması, innovativ texnologiyaların tətbiqi və ədalətəinamın möhkəmləndirilməsinin əsas hədəflərdən olduğuvurğulanıb.
Daha sonra çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov qeyd edibki, Xankəndi və digər azad edilmiş ərazilər bu gün Azərbaycanınvahid hüquqi, sosial və iqtisadi məkanının ayrılmaz hissəsi kimiyenidən formalaşır. Prezident İlham Əliyevin birbaşa nəzarətialtında aparılan genişmiqyaslı bərpa, tikinti və quruculuq işlərinəticəsində artıq minlərlə ailə doğma yurduna qayıdıb və bu prosesdavam edir. E. Yusubov vurğulayıb ki, Xankəndi, Ağdərə və Xocalırayonlarını əhatə edən ərazilərdə köç planına uyğun olaraq 19yaşayış məntəqəsində, o cümlədən Xankəndinin Kərcicahanqəsəbəsində, Ağdərənin 7, Xocalının isə 11 kəndində əhalininköçürülməsi istiqamətində işlər aparılır.
Hazırkı dövrədək 1141 ev və mənzil təmir və bərpadan sonrasakinlərin istifadəsinə verilib, nəticədə 1141 ailə, yəni 4468keçmiş məcburi köçkün doğma torpaqlarında daimi məskunlaşıb.Ümumilikdə isə hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalırayonlarında 22 mindən artıq şəxs yaşayır.
O, əlavə edib ki, bölgədə hər bir sakin sosial, təhsil və digərzəruri xidmətlərlə tam təmin olunub. Qarabağ Universiteti, müasirklinika, məktəb və uşaq bağçası kimi infrastruktur obyektləriəhalinin dayanıqlı məskunlaşmasına mühüm töhfə verir.Konfransdaməhkəmə sisteminin inkişafında konstitusiya təminatlarının rolu,ədalət mühakiməsinin təkmilləşdirilməsi istiqamətində aparılanislahatlar və müasir çağırışlara uyğun hüquqi mexanizmlər dəmüzakirə olunub.