AZ

Luka Modriç A Seriyasında ayın oyunçusu seçildi

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç A Seriyasının sentyabr ayı üzrə ən yaxşı oyunçusu adını qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, xorvatiyalı futbolçu bu ada İtaliya Futbolçular Assosiasiyasının səsverməsi nəticəsində layiq görülüb.

Xatırladaq ki, Modriç bu ilin yayında Madridin “Real” klubundan azad agent kimi “Milan”a keçib. 39 yaşlı yarımmüdafiəçi yeni komandasında bütün turnirlərdə 10 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Milan” növbəti turda – noyabrın 2-də “Roma”nı qəbul edəcək. A Seriyasının 10-cu turunun qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Seçilən
21
90deqiqe.az

1Mənbələr