AZ

Sərhədin demarkasiyası baş tutmayınca - Hayk Qalumyan

Hazırda Tavuş vilayətində sərhədin demarkasiyası ilə bağlı konkret iş və ya proses yoxdur.

XəzərNews.az erməni KİV-nə istinadla xəbər verir ki, bu barədə Tavuş qubernatoru Hayk Qalumyan Milli Assambleyada jurnalistlərlə söhbətində bildirib.

“Təbii ki, bu müzakirə baş nazirin müavini səviyyəsində aparıla bilər, lakin Tavuş bölgəsində bu məsələ ilə bağlı konkret proses yoxdur. Sərhədin demarkasiyası prosesi baş tutmayınca onun yerini müəyyən etmək mümkün deyil”, - deyə o əlavə edib.

Qubernator bildirib ki, "12,7 kilometrlik hissə müəyyən edilib, koordinatlar dəqiqləşib. Sərhəd demarkasiya olunmayana qədər biz bunu deyə bilmərik".

Ermənistanın Azərbaycana məxsus, lakin Ermənistanın nəzarəti altında olan ərazilərin olması barədə bəyanatlarına gəlincə, o, deyib: “Bu, tamamilə aydındır, burada böyük sirr yoxdur, siz çox yaxşı bilirsiniz ki, bizim Voskepar ərazisində, Berkaber ərazisində belə ərazilərimiz var”.

“Kirants” divarı tikiləndən sonra kənd məktəbində neçə şagirdin təhsil alması ilə bağlı suala rayon qubernatoru belə cavab verib:

"Hazırda məktəbdə 37 şagird, 5 uşaq isə bağçaya gedir. Ümumilikdə kənddən əhalinin axını olmayıb. Hazırda dövlət proqramı çərçivəsində 16 milyon rubla başa gələn Kirants kəndində 53 ev tikilir".

Xəbər 1 dəfə oxunub.
Seçilən
55
xezernews.az

1Mənbələr