Noyabrın 4-də İspaniya Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə Madriddə “müəyyən edilmiş ölkələrin koalisiyası”nın “gizli və qapalı” iclası keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə İspan nəşri "El Mundo" qəzeti məlumat yayıb.
Bildirilir ki, iclasda 35 ölkədən nümayəndə iştirak edəcək. Onlar Ukraynaya gələcək yardımı müzakirə etmək üçün bir araya gələcəklər. Ukraynaya yardım göstərilməsi ilə bağlı iki bloklu müzakirələr aparılacaq.
Mobil telefonların belə qadağan olunduğu görüş son dərəcə gizli təşkil olunacaq. İştirakçılara həmçinin xəbərdarlıq edilib ki, görüşün təfərrüatları ictimaiyyətə açıqlanmamalıdır.
Qəzetin əldə etdiyi sənədlərə görə, nümayəndələrdən görüş haqqında məlumatı ictimai platformalarda və ya sosial mediada dərc etməmələri xahiş olunur.