Gürcüstan-Azərbaycan sərhədi qanunsuz keçməyə cəhd edən dörd nəfər saxlanılıb
Ajans.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Laqodexi bölməsinin Matsimi mühafizə sektorunda aparılan əməliyyat tədbirləri nəticəsində dörd xarici vətəndaş saxlanılıb: A.M. (2005-ci il təvəllüdlü), S.A., M.A. (2003-cü il təvəllüdlü) və M.A. (2002-ci il təvəllüdlü). İstintaq onların sərhəd-keçid məntəqəsini keçərək Azərbaycandan Gürcüstana daxil olduqlarını müəyyən edib. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsi (bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz keçmə) ilə istintaq aparılır. Qanun pozuntusu beş ilədək həbs cəzası nəzərdə tutur. Sərhəd Polisinin məlumatına görə, qanunsuz miqrasiyanın və sərhəd pozuntularının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.