ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex 2025” çərçivəsində təşkil olunmuş konfransın “TAVİ: Müasir Kardiocərrahiyyədə minimal invaziv yanaşma” mövzusunda keçirilən panel müzakirəsində fəal iştirak edib.
O, müzakirələrdə minimal invaziv kardioloji müdaxilələrin müasir tibdə əhəmiyyətindən, bu sahədə əldə olunan uğurlu nəticələrdən və Transkateter Aortal Qapaq İmplantasiyası metodunun xəstələrin həyat keyfiyyətinə göstərdiyi müsbət təsirlərdən bəhs edib. Həmçinin Mərkəzi Gömrük Hospitalında bu sahədə görülən işlər və tətbiq edilən innovativ yanaşmalar barədə ətraflı məlumat verib.
Panel müzakirəsində fəal iştirakına görə həkim-kardioloq İlqar Tahiroğlu təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnamə TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva tərəfindən təqdim olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.