İsrail HƏMAS ilə mübadilə razılaşması çərçivəsində Fələstin tərəfinə daha 30 nəfərin meyitini təhvil verib.
"Report"un AFP agentliyinə istinadən məlumatına görə, bu barədə Xan-Yunisdəki Əl-Nasir tibb kompleksindən bildirilib.
"İsraildən mübadilə razılaşması çərçivəsində 30 fələstinli məhbusun meyiti təhvil alınıb" - bəyanatda qeyd olunub.
Meyitlərin təhvil verilməsi əvvəlki mübadilələrdə olduğu kimi Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, ötən gün HƏMAS-ın nümayəndələri Qızıl Xaç nümayəndələrinə iki israilli əsirin meyitini təhvil veriblər.
"Cebheinfo.az"