AZ

Modriç İtaliyada ən yaxşı seçildi

BAKI, 31 oktyabr. TELEQRAF

İtaliya A Seriyasında sentyabrın ən yaxşı futbolçusu seçilib.

Teleqraf xəbər verir ki, İtaliya Peşəkar Futbolçular Assosiasiyası tərəfindən keçirilən səsvermədə "Milan"ın yarımmüdafiəçisi Luka Modriç birinci olub.

40 yaşlı oyunçu liqada topa toxunuş (748) və ötürmə (559) göstəricilərinə görə liderlik edir.

Qeyd edək ki, Luka Modriç ötən yay İspaniya "Real Madrid"indən ayrılaraq "Milan"a keçib. O, "rossoneri"nin heyətində meydana çıxdığı 10 oyunda 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
27
teleqraf.com

1Mənbələr