AZ

Dayə 3 yaşlı uşağın gözü qabağında babasını öldürdü

Azpost portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın Miçiqan ştatında dayə üç yaşlı qızın gözü qarşısında 83 yaşlı babasını bıçaqlayaraq öldürüb, uşağa da xəsarət yetirib.

AzPost bildirir ki, bu barədə New York Post qəzeti məlumat verib.

Yerli polisin məlumatına görə, Samanta But iki ildir ki, ailədə dayə kimi işləyir və qıza baxırmış. Valideynlər əvvəllər heç bir qeyri-adi davranış müşahidə etməyiblər.

Lakin faciə günü şəhərdən kənarda olan valideynlər babadan evlərinə gəlib uşağa baxmasını xahiş ediblər. Kişi gələndə Butun uşağa xəsarət yetirdiyini görüb. Baba nəvəsini müdafiə edərkən dayə onu öldürüb.

Elə bu anda əmisi evə gəlib. Uşağın validynləri ondan da evi yoxlamağı xahiş ediblər. O, ölən babanı və qan içində olan qardaşı qızını görüb, uşağı götürübbirlikdə küçəyə qaçmağa çalışıb. tutub. Dayə onları təqib edib.

“Qadın onu küçəyə qovurdu, o, kömək üçün qışqırıb, qonşular bunu eşidib onu və uşağı içəri gətirdilər”, – deyə Royal Oak Polis Rəisi Maykl Mur bildirib.

Dayə But saxlanılıb. İddialara görə, onun əşyaları arasında marixuana və halüsinogen göbələklər tapılıb. Polis guman edir ki, bu səbəbdən Butda maniakal epizod yaşanıb.

But birinci dərəcəli qətl və ikinci dərəcəli uşaq istismarında ittiham olunur.

Qız və əmisi yüngül xəsarətlər alıblar və hadisə yerində təcili yardım işçiləri tərəfindən müalicə olunublar.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
azpost.info

2Mənbələr